Bakıda ARDNŞ-yə məxsus avtomobil qəzaya uğrayıb, bir nəfər ölüb
22 Yanvar 2013 12:03 KriminalBakıda ARDNŞ-yə məxsus "Nissan" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub.Bakı Şəhər Baş Poils İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 21-i saat 13:15 radələrində Atatürk prospektində Bakı şəhər sakinləri Xətai Cəfərzadənin idarə etdiyi Dövlət Neft Şirkətinə məxsus "Nissan" markalı və Zair Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.
Nəticədə Cəfərzadənin sərnişini - oğlu Hüseyn hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31