Gəncənin polis rəisi öz xahişi ilə vəzifəsindən azad edilib
Rasim Musayev sərəncama göndərilib
22 Yanvar 2013 10:42 Kriminal Gəncə şəhər Baş Polis İdarəsinin rəisi tutduğu vəzifədən azad edilib. Bu barədə "OLAYLAR"a idarədən məlumat verilib. İdarədən bildiriblər ki, polis rəisi, general mayor Rasim Musayev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Rasim Musayev bir neçə gün öncə bu barədə daxili işlər naziri Ramil Usubova ərizə yazıb və işdən azad olunmasını xahiş edib. Ramil Usubovun müvafiq əmri ilə general tutduğu vəzifədən azad edilib və Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb.
Faktı Daxili İşlər Nazirliyi də təsdiqləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31