“Binə” aksiyasında həbs olunanlar Kürdəxanı təcridxanasına göndərildi

Xəbər verdiyimiz kimi yanvarın 21-də Səbail rayon Məhkəməsində Binə Ticarət Mərkəzində keçirilmiş etiraz aksiyasına görə saxlanılan 10 nəfər haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.Modern.az-ın məlumatına görə, saxlanılan şəxslər - Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev və Vaqif İbrahimovd artıq Kürdəxanı təcridxanası göndərilib.Saxlananlar Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunublar. Yanvarın 19-da satış obyektlərinin icarədarları Binə Ticarət Mərkəzi rəhbərliyinin yerpulunu qaldırmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirmişdilər. Aksiyada polislə qarşıdurma baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31