“Binə”dəki aksiyaçılara hökm oxundu

Yanvarın 21-də "Binə üsyanı"ı zamanı saxlanılan akisya iştirakçılarının məhkəməsi keçirilib. Musavat.com-un məlumatına görə, saxlanılan 12 nəfərin Səbayıl Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı hakim 12 nəfərə hökm oxuyub. Məhkəmənin qərarı ilə Malik Məhərrəmov, Nicat Paşayev, Əbülfəz Əliyev, Samir Zeynalzadə, Səid Ədilov, Məhəmməd Mürsəliyev, Elnur Əliyev, Samid Hüseynov, Qüdrət Kişiyev, Vaqif İbrahimov və iki nəfərə 2 ay həbs-qətimkan cəzası verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31