Bakıda ruhi xəstə olan iki qardaş qətl törətdi
21 Yanvar 2013 15:58 KriminalYanvarın 20-də Bakıda iki ruhi xəstə qətl törədib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə saat 20.00 radələrində Suraxanı rayonu ərazisində baş verib. Şəhər sakini Elxan Ağayev bıçaq xəsarətləri ilə Təcili Tibbi Yardım Stansiyasına gətirilib və orada ölüb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Hövsan qəsəbə sakinləri ruhi xəstə Elnur Abdullayev və qardaşı ruhi xəstə Tural tərəfindən törədilməsi müəyyən edilib. E.Abdullayev saxlanılıb, özünə bıçaqla xəsarət yetirmiş Tural isə 2 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31