Paytaxtda ona yaxın obyekti qarət edən oğru yaxalandı

Bakı polisi paytaxtda ona yaxın obyekti qarət edən şəxsi yaxalayıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, Yasamal RPİ CAŞ və 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Mustafayev yanvarın 19-da yaхalanıb. Müəyyən edilib ki, o, 2012-ci il dekabrın 26-na keçən gecə, Bakı şəhər sakini Ramil Əliyevə məхsus Z.Xəlilov küçəsində yerləşən internet klubdan jalüzü sındırma yolu ilə 9 ədəd prosessor və 7 ədəd monitor, bu ilin yanvarın 2-nə keçən gecə isə, Bakı şəhər sakini Nicat Vəliyevə məхsus H.Cavid prospektində yerləşən dönər köşkündən pəncərəni sındırma yolu ilə 80 manat, siqaretlər, mayonez, yanvarın 7-nə keçən gecə, Bakı şəhər sakini Rəşad Əsdiyevə məхsus A.Şərifzadə küçəsində yerləşən kafedən qapını sındırma yolu ilə 2 ədəd görüntü kamerası, tüner və yanvarın 17-də Bakı şəhər sakini Samir Yolçuyevə məхsus H.Cavid prospektində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə musiqi mərkəzi, noutbuk və karniz aksesuarları oğurlayıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31