Apellyasiya Şurası 800 manatlıq sanksiyanı ləğv etdi
21 Yanvar 2013 15:44 KriminalVergi Apellyasiya Şurası vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs İbrahimov Malik Abəydulla oğlu tərəfindən ünvanlanmış operativ vergi nəzarətinin nəticələri üzrə tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi barədə qərar şıxarıb. \"OLAYLAR"İA\ Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən və özünə məxsus olan obyektdə kitab, məktəb və ofis ləvazimatlarının satışı ilə məşğul olan M.İbrahimov müraciətində operativ vergi nəzarəti zamanı vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərarın onlara təqdim edilmədiyini, alınmış mala görə ödənilmiş vəsaitin onun satıcısı tərəfindən nəzarət-kassa aparatına (NKA) mədaxil olunduğunu, ona qarşı tətbiq olunmuş 800 manat maliyyə sanksiyası ilə razılaşmadığını bildiribvə həmin məbləğin ləğv olunmasını xahiş edib. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirli olması ilə bağlı aradan qaldırılmaz şübhələr olduqda, onlar ödəyicinin xeyrinə şərh edilir.Qeyd olunanlar nəzərə alınaraq və Vergi Apelyasiya Şurası tərəfindən toplanmış əlavə sübutlar əsas götürülməklə təkrar şikayətin təmin edilməsi, o cümlədən "Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında" aktın və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi haqqında qərar çıxarıb.