Bakıda daha bir silahlı şəxs yaxalandı

Bakıda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini İlham Bağırzadədən 1 ədəd "Brovnik" markalı tapança aşkar edilərək götürülüb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31