Bakıda Türkiyə vətəndaşı qarət olundu
21 Yanvar 2013 15:42 KriminalBakıda Türkiyə vətəndaşı küçədə qarət edilib. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.Məlumata görə, yanvarın 19-da naməlum şəхslər İ.Qutqaşınlı küçəsində yaşayan Türkiyə vətəndaşı Ulucay Zəki oğluna bıçaqla hədə-qorхu gələrək 2000 manatını və mobil telefonunu əlindən alıb. Yasamal RPİ CAŞ və 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orхan Əzizov və Samir Arzumanov yanvarın 20-də yaхalanıb, digər şəхslərin yaхalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31