İstanbulda qadın alverinə qarşı ən böyük əməliyyat: 250 nəfər saxlandı

Fahişəliyə məcbur edilən 200 əcnəbi qadın ölkədən deportasiya edildi

Türkiyənin İstanbul şəhərində qadın alverinə qarşı 2012-ci ilin ən genişmiqyaslı əməliyyatı həyata keçirilib. Silivri rayonunda otellərə eyni anda edilən basqınlar nəticəsində 250-dək adam saxlanılıb. Mütəşəkkil şəkildə fahişəliklə məşğul olduqları ortaya çıxan şübhəlilərin ilkin dindirilməsi başa çatıb.Fahişəliyə məcbur edilən 200 əcnəbi qadın ölkələrinə deportasiya olunub. Onları bu işə məcbur edən mütəşəkkil dəstənin 48 üzvü isə istintaqa cəlb edilib. Saxlanılanlar arasında əməliyyatın həyata keçirildiyi otellərin işçiləri də var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31