Azərbaycanda minik və yük maşınları toqquşdu, ölən var

Zaqatalada ölümlə nəticələnən yol hadisəsi baş verib

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, yanvarın 20-si axşam saat 21.25 radələrində Zaqatala rayonunun İkinci Tala kəndi ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.Qəza zamanı rayonun İti Tala kənd sakini Məmmədov Rəşad Yaşar oğlunun idarə etdiyi 10 CC 460 dövlət nömrə nişanlı "VAZ 2109" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə Rəşad Məmmədov qəza yerindəcə həlak olub.Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başladılıb, isitintaq davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31