Oğru aləmi "Ded Xasan"la vidalaşdı VIDEO

Aslan Usoyan Moskvada Xovansk məzarlığında dəfn olunub

Bir neçə gün əvvəl qətlə yetirilən kriminal avtoritet, cinayətkar aləmdə "Ded Xasan" ləqəbi ilə tanınan Aslan Usoyan Moskvada Xovansk məzarlığında dəfn olunub. Onun dəfn mərasiminə yüzlərlə insan qatılıb. Rusiya kütləvi informasiya vasitələrinin məlumatına görə, məzarlığın ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.Media nümayəndələrinin mərasimi işaqılandırmasına imkan verilməsə də, artıq bəzi kadrlar yayılıb. Xatırladaq ki, "Ded Xasan"ın cənazəsi dəfn olunmaq üçün Gürcüstana aparılsa da, rəsmi Tiflis buna icazə verməmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31