Azərbaycanlılardan bac alan azərbaycanlılar həbs edildi
25 May 2012 15:54 KriminalMoskva vilayəti və Novosibirsk polisinin birgə keçirdiyi əməliyyat zamanı 5 nəfər həbs edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, həbs olunanlar azərbaycanlılardan ibarət mütəşəkkil qrupdur. İlkin araşdırmalar zamanı məlum olub ki, qrup 2010-cu ildən Novosibirskdə kiçik bizneslə məşğul olan həmyerlilərinə qarşı reketlik edirmişlər. Daim onlardan pul tələb edən qrup üzvlərindən birinin Novosibirskdə ələ keçməsindən sonra digər cinayətkarlar şəhəri tərk edərək Moskva vilayətinə qaçıblar. Hazırda istintaq qrupun əməllərindən ziyan çəkmişlərini kimliklərini də araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31