Əsgərin ölümü: Cinayət işi Respublika Hərbi Prokurorluğuna verilib, general izahatlar alıb
18 Yanvar 2013 19:38 KriminalƏsgər Ceyhun Qubadovun ölümü ilə bağlı cinayət işinin istintaqı Gəncə Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğuna verilib."Media forum" saytının məlumatına görə, Ceyhun Qubadovun ölümü ilə bağlı məsələni yerində araşdırmaq üçün Respublika Hərbi Prokurorluğunun idarə rəisi, general Rasim Kazımov Daşkəsənə ezam olunub. General hadisə yerində olub, izahatlar alıb.Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində qulluq edən əsgər Qubadov Ceyhun Zaman oğlu yanvarın 7-də dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31