Bakıda Heydər Əliyev prospektində, "Koroğlu" metrostansiyasının yaxınlığında "toy karvanı"nda yol qəzası baş verib. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı 3 avtomobil toqquşub, nəticədə onlardan biri yanıb. Xəsarət alanlar barədə əlavə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31