Qar çovğunundan 25 nəfər xilas olundu
18 Yanvar 2013 17:49 KriminalBu gün Daşkəsən rayonunda qar çovğunu nəticəsində "QAZ" markalı sərnişin avtobusu və "Niva" markalı minik avtomobili Dəstəfur-Əhmədli yolunda köməksiz vəziyyətdə qalıb."Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə həmin avtomobilləri təhlükəsiz əraziyə çıxarıb, avtobusda olan 20 nəfəri və avtomobildə olan 5 nəfəri xilas ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31