Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib

18 yaşlı əsgər hemorragik vaskulit xəstəliyindən ölüb

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, Milli Ordunun əsgəri 19 yaşlı Anar Malik oğlu İbrahimov Müdafiə Nazirliyinin Bakıdakı hərbi hospitalına gətirilib. Həkimlərin səyinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb və o, hemoragik vaskulit xəstəliyindən dünyasını dəyişib. A.Ibrahimov Zəngilan hərbi komissarlığından hərbi xidmətə çağırılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31