“Ded Həsən”in ölümü ilə bağlı 7 günlük matəm
18 Yanvar 2013 15:53 KriminalErmənistanda yaşayan yezidi kürdlər "Ded Xasan"ın ölümü ilə bağlı yeddi günlük matəm elan ediblər. "Qafqazinfo"nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, Ümumdünya Yezidilər Şurasının sədri Aziz Tamoyan bildirib ki, bunu onların dinləri tələb edir: "Əgər avtoritet yezid ölürsə, onlar yeddi gün matəm elan edirlər. Ermənistanın yezid icması onun dəfnində iştirak edəcək". Tamoyan onu da bildirib ki, bir çox yezid çətin situasiyalarda onlara dəfələrlə yardım edən həmyerlilərini son mənzilə yola salmaq üçün Tbilisiyə yola düşəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31