Bakıda və Qax rayonunda qanunla qadağan olunan dini təriqətin təbliği faktları aşkarlanıb

Bakıda qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,
mayın 24-də Sabunçu qəsəbəsi ərazisində qanunla qadağan olunmuş təriqətlərdən birini təbliğ edən kitab və jurnalları yaymaqla məşğul olan Ramana qəsəbə sakini Elmira Süleymanova və Sabunçu qəsəbə sakini Rüfət Nəsirov saxlanılıblar.
Qax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 24-də rayon sakinləri arasında qanunsuz dini təbliğatla və radikal yönümlü dini təriqətləri yaymaqla məşğul olan rayon sakini Qalib Sultanovun evinə baxış keçirilib və oradan 4 ədəd dini məzmunlu kitab, 10 ədəd bröşür aşkar edilərək götürülüb.
  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31