Bakı Tennis Akademiyası niyə yandı?
İdman Kompleksindəki sauna otağının üzlüyü od tutub
25 May 2012 15:10 KriminalBakı Tennis Akademiyasının İdman Kompleksində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, Binəqədi rayonundakı kompleksin 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv.m olan sauna otağının lambirin və taxtadan ibarət üzlükləri 12 kv.m sahədə yanıb. Saunanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 06:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31