Bakıda daha bir dəm qazı faciəsi
18 Yanvar 2013 11:14 KriminalYanvarın 18-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11-də yaşayan Lənkəran sakini, 1978-ci il təvəllüdlü Əliyev Ramil Adil oğlu dəm qazından boğulub. 35 yaşlı R.Əliyev evin hamam otağında olarkən dəm qazından boğulub. Onun meyitini ailə üzvləri aşkarlayıblar.
Faktla əlaqədar ekspertiza təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31