Azərbaycanda maşın qar çovğununa düşdü, 2 nəfər köməksiz qaldı

Hadisə yerinə xilasedicilər cəlb olunub

Daşkəsən rayonu, Qaraqollar kəndində "UAZ" markalı minik avtomobili gecə saatlarında qar çovğununa düşüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avtomobil yoldan çıxıb və içərisində olan 2 nəfər köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər həmin avtomobili təhlükəsiz əraziyə çıxarıb.
Maşının sürücü və sərnişini Təcili Tibbi Yardım Xidmətinə təhvil veriblər. Əməliyyat saat 01:28 radələrində başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31