Bakıdakı yeraltı tuneldə baş verən yol qəzası böyük tıxac yaratdı
Bakıdakı yeraltı tuneldə yol qəzası olub
18 Yanvar 2013 10:16 KriminalMilli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün saat 09:30 radələrində "Şamaxinka" adlanan ərazidəki yeraltı tuneldə "Nissan X-Trail" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Qəza nəticəsində tuneldə yarım saat ərzində tıxac yaranıb. Avtomobillər evakuatorlar vasitəsilə ərazidən uzaqlaşdırılandan sonra hərəkət bərpa olunub. Qəzaya hansı avtomobilin səbəb olduğu bilinmir. Ərazidə yol polisi araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31