Bakı Şəhər Prokurorluğunun bir neçə əməkdaşı məsuliyyətə cəlb olunub
17 Yanvar 2013 16:22 KriminalBaş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, yanvarın 17-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2012-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər keçirilərək müəyyən nəticələr əldə edilib. Qeyd edilib ki, 2011-ci illə müqayisədə hesabat dövründə şəhər üzrə 1597 hadisə və ya 14,1 faiz az - 9719 cinayət hadisəsi qeydə alınıb, onların açılması 5,8 faiz artaraq 79,1 faiz təşkil edib.