23 yaşlı qız avtobus dayanacağında zorlandı

Dünən saat 22:30 radələrində Türkiyənin Konya şəhərində daha bir dəhşətli zorlanma hadisəsi baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ticarət mərkəzlərin birində işləyən 23 yaşlı E.G. işdən evə qayıdarkən avtobus dayanacağında naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Belə ki, qız avtobus gözləyərkən arxadan bir kişi onu qucaqlayıb və zorlamaq istəyib. Təxminən 20 yaşında olan qara geyimli naməlum şəxs onu öpməyə çalışıb. Lakin qız buna imkan verməyib. Əsəbləşən təcavüzkar qızı itələyib. Nəticədə qız yıxılıb və başı avtobus dayanacağında dəmirə dəyib. Qız huşunu itirib. Oğlan isə qıza cinsi təcüvüz etdikdən sonra qaçıb.

Hadisə yerinə polis və həkimlər gəlib. Qız xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti normaldır. Polis 23 yaşlı E.G.-ni zorlayanı axtarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31