Gəncədə iki “göydələn” partladacağını deyən şəxs yaxalandı

Gəncədə iki binanı partladacağı barədə polisə xəbər verən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata götrə, hadisə yanvarın 16-da saat 18.08-də  baş verib. Naməlum şəxs "102" xidmətinə zəng edərək Gəncə şəhəri "Mahrasa bağı" adlandırılan ərazidəki 13 mərtəbəli iki binanı partladacağını bildirib. Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, şəhərdəki kafelərdən birində, zəng edərək bilə-bilə yalan məlumat vermiş şəhər sakini Xəyal Məmmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31