Sumqayıt polisi şəhərdə silahlı narkomanı yaxaladı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Babayevdən 10,72 qram marixuana, 1 ədəd süngü-bıçaq və 1 ədəd bıçaq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31