Bakıda tanınmış kafedə fahişəxana aşkarlandı
17 Yanvar 2013 14:31 KriminalBakıda tanınış kafedə fahişəxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Çobanzadə küçəsindəki "Qəbələ" kafesində gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyi üçün orada işləyən Yardımlı şəhər sakini Mais Mirzəxanov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31