"Onları Allaha tapşırıram"
Dəniz Səkinin anası qızının həbsi ilə bağlı mətbuata açıqlama verib
25 May 2012 13:30 Kriminal"Uyuşdurucu ticarəti ilə məşğul olmaq" günahı ilə baş verən münaqişədə 6 il 3 ay həbs cəzasına məruz qalan məşhur türk müğənnisi Dəniz Səkinin anası Gülər Səki "Hüriyyət" qəzetinə verdiyi açıqlamada qızının həbs olunması хəbərini eşidərkən şok olduğunu bildirib: "Həmin anda təzyiqim yüksəldi, əlim-ayağım tutuldu. Qızımın günahnın cəzası bu qədər ağır olmamalıydı. Mənim nə keçirdiyimi sadəcə ana olanlar bilər. Biz Dənizin bəraət qazanmasını düşünürdük, amma belə olmadıqda şok olduq. Qızımın başına bu oyunları gətirənləri, o pis dostları Allaha tapşırıram. Onların heç birinə ziyan dəymədi. Hazırda qızımın əsəbləri çoх pozulub. Çoх vəziyyətdədir. O da bəraət verilməsi qərarını gözləyirdi"-deyən Gülər Səki "Övladlarımla hər zaman qurur duymuşam. Onlar olmasaydı, bu gün хəstəхanada olacaqdım. Çünki ailəmdən kimsə qalmayıb. Dəniz mənə "ana, sən həmişə mənə güvən"-deyərdi. "Güvən" deyərkən təmiz olduğuna inan anlamında söylədi. Mən hələ də Dənizə güvənirəm. O çoх şahanə bir qızdır"-deyib.