İranda azərbaycanlı ailəsində dəhşət!
Bir ailənin 4 üzvünün meyidi yaşadığı evdə aşkarlanıb
25 May 2012 13:12 Kriminalİranda dəhşətli faciə baş verib. "OLAYLAR"ın məlumatına görə, İranın Ərdəbil şəhərində yaşayan bir azərbaycanlı ailə müəmmalı halda ölüb. "OLAYLAR"ın məlumatına görə, ölən ailə əslən Goranboy rayonundandır. Faciə İranda yaşayan azərbaycanlı Çingiz Əliyevin ailəsində baş verib. Mayın 24-də günorta saatlarında Çingiz Əliyevin həyat yoldaşı, 1 qızı və 2 oğlu yaşadığı evdə ölmüş vəziyyətdə tapılıb. Goranboy rayon sakinləri "OLAYLAR"a bildirib ki, ailə üzvlərinin dəm qazından zəhərləndiyi bildirilsə də, hadisənin tam təfərrüatı məlum deyil. Məlumata görə, səhər saatlarında ailə başçısı Çingiz Əliyev evdən çıxıb işə gedib. Günorta saatlarında evlərinə zəng vuran ailə başçısı evlərindən heç kimlə danışa bilməyib, Ailə üzvlərindən xəbər tua bilməyən Ç. Əliyev qonşularına zəng vurub və ailə üzvlərindən xəbər tutmaq istədiyini bildirib. Qonşu hadisə yerinə gələndə evdə ailənin 4 üzvünü ölmüş vəziyyətdə aşkarlayıb. Məlumata görə, Çingiz Əliyevin ölən qızının 22, böyük oğlunun 18, kiçik oğlunun isə 14 yaşı olub, Hadisənin tam təfərrüatı barədə məlumat verilmir. Məlumata görə, Çingiz Əliyev 15 ildir ki, İranın Ərdəbil şəhərində ailəsilə birlikdə yaşayırmış. İxtisasca hüquqşünas olan Çingiz Əliyevin İranın hüquq mühafizə orqanlarında çalışdığı bildirilir.
Məlumata görə, Çingiz Əliyevin ölən ailə üzvlərinin meyidləri Azərbaycana gətirilir. Cənazələr Çingiz Əliyevin doğulduğu Goranboy rayonunun Qardaşlar kəndində dəfn ediləcək.