Samuxda məktəb yanıb
17 Yanvar 2013 11:22 KriminalSamux rayonu, Poylu kəndində hər mərtəbəsi 1250 kv.m olan ikimərtəbəli məktəbdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, məktəb binasının 1-ci mərtəbəsində, ümumi sahəsi 12 kv.m olan xidməti otaqda 4 kv.m sahədə əşyalar və sənədlər qismən yanıb.. Yanğın zamanı 60 nəfərə yaxın şagird və müəllim heyəti yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Otaq və sənədlərin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31