Bakıda iki “VAZ 2107” yolayrıcında toqquşub

Nəticədə avtomaşınlarda olan sərnişinlərdən biri xəsarətlə xəstəxanaya aparılıb

Gecə Bakının Nizami rayonunda yol qəzası baş verib. Rayonun Rüstəm Rüstəmov və Bəkir Çobanzadə küçələrinin kəsişməsində, iki yolun qovşağında qeydə alınmış hadisə zamanı iki "VAZ 2107" markalı avtomaşın toqquşub. Müəyyən edilib ki, onlardan biri, yəni 10-ND-116 dövlət nömrə nişanlı avtomaşın Rüstəm Rüstəmov küçəsi ilə metronun Neftçilər stansiyasından Mikayıl Əliyev küçəsi istiqamətində hərəkət etdiyi halda, digər "Jiquli", qdövlət nömrə nişanları 90-XN-197 olan avtomaşın Bəkir Çobanzadə küçəsi ilə yol ayrıcına doğru yaxınlaşırmış. Burada sürücülərin bir-birinə yol verməməsi səbəbindən qəza baş verib. Nəticədə avtomaşınlarda olan sərnişinlərdən biri xəsarətlə xəstəxanaya aparılıb. Bundan sonra əraziyə polis əməkdaşları gəlib və müvafiq müayinələr aparılıb. Ehtimal olunur ki, avtomobillərdən biri işıqforun qırmızı işığında hərəkətini davam etdirərək yol ayrıcına daxil olub. Hadisə ilə bağlı araşdırmalarp aparılır. Artıq sürücülərin ifadəsi də alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31