Moskvada terror həyəcanı

Rusiya paytaxtı istiqamətində 6 avtobusda terrorçular gedir

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Şimali Qafqazdan Moskvaya gələn sərnişin avtobuslarında yaraqlıların olduğu barədə informasiya əldə edib. Lent.az-ın "İzvestiya"ya istinadən məlumatına görə, bu barədə FTX-dəki mənbədən xəbər daxil olub.
Şübhəli bilinən 6 sərnişin avtobusunun markası və nömrə nişanları bütün polis məntəqələrinə verilib. Bu arada Life News-a başqa mənbədən daxil olan məlumatda qeyd edilir ki, mayın 25-i Moskvada terror və diversiya aktları gözlənilir. "Terrorçular Rusiyanın cənub respublikalarının birindən avtobusla Moskvaya gedirlər" - deyə, mənbə bildirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31