“Ded Həsən” PKK-ya silah satıb

Rusiya paytaxtı Moskvanın mərkəzində qətlə yetirilən "Ded Həsən" ləqəbli avtoritet Aslan Usayanın kürd əsilli olduğu üzə çıxıb. "OLAYLAR"-ın haberrus.com-a istinadən verdiyi məlumata görə, yezidi kürd olan Ded Həsən PKK terror təşkilatına silah satan şəxslərdən biri olub. Onun hazırda İspaniyada yaşayan digər kürd əsilli avtoritet Zaxariy Kalaşovla birlikdə PKK-ya silah satdığı iddia edilir. Eyni zamanda hər iki şəxsin PKK lideri ilə əlaqələrinin olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31