Ötən gecə Tehranın Dəmavənd küçəsində Pedram adlı şəxs əhalinin gözü qarşısında özünü yandırıb. Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi məlumat verir. İlkin məlumata görə, onun bu addımına səbəb xeyli borcu olmasıdır. Polis intihara cəhdin səbəblərini araşdırır. Pedram Tehran xəstəxanalarının birinə yerləşdirilib və hazırda vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31