Xaçmazın Alekseyevka kəndində yanğın baş verib
16 Yanvar 2013 13:58 KriminalGecə saatlarında Xaçmazın Alekseyevka kəndində yanğın baş verib. Rtv.az-ın məlumatına görə kənd sakini 1975-ci il təvəllüdlü Elşən Rişanova məxsus 5 otaqlı 120 kv.m-lik evin bir otağı və dam örtüyü yanıb. Yanğın ümumilikdə 20 kv.m. ərazini əhatə edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Kənd sakinlərinin də köməkliyi ilə yanğın məhdudlaşdırılıb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının otaqdakı odun sobasının bacasından evin dam örtüyünə keçdiyi bildirilir. Hadisə zamanı otaqdakı bəzi avadanlıqlar da yanıb. Yanğın otağın dam örtüyünü tamamilə məhv edib. Vətəndaşa dəyən ziyanın miqdarı və yanğının dəqiq səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq. ("OLAYLAR"İA)