Hadı Rəcəblinin mənzildə yanğın baş verib

Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 3 kv.m sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Məlumata görə, yanğın baş verən mənzil millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbliyə məxsus olub. İlkin versiya kimi, hadisəyə odun sobasından çıxan qığılcımın səbəb olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31