15 narkoqrup zərəsizləşdirilib
16 Yanvar 2013 11:09 Kriminal2012-ci il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar olunub. Bu barədə Dövlət Gömrük Komitəsindən "OLAYLAR"a verilən məlumata görə, həmin faktlar üzrə ümumilikdə 136 kq 876 qram narkotik, o cümlədən 107 kq 513 qram həşiş, 3 kq 869 qram heroin, 10 kq 540 qram tiryək, 0,216 qram kokain, 102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq 613 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 103 nəfəri kişi 7 nəfəri qadın olmaqla, ümumilikdə 110 nəfər barəsində müvafiq tədbir görülüb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilib. 2012-ci il ərzində gömrük sərhəd keçid məntəqələrində xidmət göstərən instruktor-kinoloqlar tərəfindən onlara təhkim olunmuş xidməti axtarış itlərin tədbiqi nəticəsində 11 fakt üzrə 3 kq 537 qram narkotik, o cümlədən 71,13 qram həşiş, 2 kq 364 qram tiryək, 1 kq 86 qram heroin, 2,382 qram metamfetamin, 14 qram marixuana və 110 qutu müxtəlif dərman vasitələri aşkar olunub.