Bakıda 3 uşaq atası özünü öldürüb

Yanvarın 15-də Bakı şəhərinin Xəzər rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 18:30 radələrində Mərdəkan qəsəbəsi, E.Səfərov küçəsi 8 ünvanında 1975-ci il təvəllüdlü Səfərov Nadir Maarif oğlunun asılı vəziyyətdə olan meyiti tapılıb.

Məlumata görə, 38 yaşlı N.Səfərov Lerik rayon sakinidir. 3 uşaq atası olan kişi Binə qəsəbəsi, Südçülük sovxozunda kirayə ev tutub qalırmış və Bakıda işləyirmiş.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31