"Chevrolet" markalı minik avtomobili yanıb

Sumqayıt şəhərində vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb və yaxınlıqda dayanmış "Hyundai" markalı minik avtomobilinin buferi yüksək temperaturdan əriyib.
"Azadinform" xəbər verir ki, avtomobillərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31