Bakıda zibil daşıyan maşın aşdı - FOTO
16 Yanvar 2013 09:56 KriminalBu gecə saat 00.45-də Bakının əsas prospektlərindən birində xəsarətlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın "musavat.com"-a istinadən verdiyi məlumata görə, Nobel prospektində məişət tullantılarını daşıyan yük maşını aşıb. Qəza zamanı yük maşını prospektdə olan yerüstü keçidə çırpılıb. Əraziyə polis və təcili yardım briqadası cəlb olunub. İlkin məlumatlara görə, bir nəfər xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31