Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 131-ci kilometrliyində - Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən CTV-nin bölgə müxbirinə verilən məlumata görə, qəsəbə sakini Vüsal Mahir oğlu Məmmədli idarə etdiyi "VAZ-21154" markalı avtomobillə yolu keçən həmyerlisi 21 yaşlı Şükür Qabil oğlu Rəhimovu vurub.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31