Saxta pul kəsən 10 il cəza aldı
15 Yanvar 2013 17:13 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda saxta pul kəsməkdə təqsirləndirilən Bakı şəhər sakini İsgəndər Soltanlının məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İsgəndər Soltanlı 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, əvvəllər də məhkumluq həyatı yaşayan İsgəndər Soltanlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 700 ədəd saxta 100 dollarlıq əsginazı 4000 manat satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31