Qatilin cəzası ağırlaşdırıldı

Gəncə Apelyasiya Məhkəməsində xuliqanlıqla adam öldürməkdə təqsirləndirilən Goranboy rayon sakini Ağasəlim Salmanovun məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, zərərçəkən tərəfin apelyasiya şikayəti əsasında keçirilən məhkəmədə qarar elan edilib.
Qərara görə, apelyasiya şikayəti təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib və  Ağasəlim Salmanovun cəzası 12 ildən 13 ilə artırılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirli bilinən A.Salmanov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ağasəlim Salmanov 2012-ci il iyunun 4-də ona məxsus çayxanaya gələn əmisi oğlu Arif Salmanovdan nisyə çay içdiyinə görə borclu olduğu 4 manat pulu istəyib.
Arif  Salmanov borcunun 4 manat deyil, 2 manat 50 qəpik olduğunu deyərək heç o pulu da ona verməyəcəyini bildirib. Ağasəlim Arifin bu sözlərindən sonra əlini onun "VAZ-21011" markalı avtomaşınına ataraq salonda olan mobil telefonunu götürüb. Ağasəlim Arifə çayxanada içdiyi çaya görə yığılan borcunu verəndən sonra telefonunu qaytaracağını deyib. Ağasəlim telefonunu qaytarmağını tələb etsə də nəticəsiz qalıb.
Bu səbəbdən yaranan mübahisə zəminində Ağasəlim özündə olan bıçaqla Arifi qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31