Məhbusa qənd paketində telefon ötürmək istədi

Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.  Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında cəza çəkən 1985-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2; 234.4.3; 67.1 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Famil Cəbrayıl oğlu Əliyevə xalası oğlu Tosif Asif oğlu Talıbovun gətirdiyi sovqata baxış keçirilən zaman qənd paketinin içərisində gizlətdiyi 1(bir) ədəd "Samsunq" mobil telefon aparatı, 1(bir) ədəd elektrik qidalandırıcısı və 1(bir) ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31