60 yaşlı musiqiçi 90 yaşlı anasını eyvandan atdı

Yunanıstanın paytaxtı Afinada yaşlı oğul və ana intihar ediblər.  Lent.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, 60 yaşlı musiqiçi əvvəlcə 90 yaşlı anasını altıncı mərtəbədən atıb, sonra isə özü də pəncərədən tullanıb. Onların hər ikisi dərhal keçiniblər.  Bu, Afinada insanların gözü qarşında həyata keçirilən ilk intihar deyil. İki gün öncə paytaxt meydanlarının birində bir nəfər damarlarını kəsib. Apreldə isə təqaüdçü parlamentin qarşısında özünü güllələmişdi.
Ekspertlərin fikrincə intihar hallarının çoxalması ölkədəki iqtisadi böhranla əlaqədardır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31