Dəmiyolunda ağır qəza

19 nəfər həlak oldu

Misirdə insan tələfatına yol açan ağır dəmiryol qəzası baş verib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt Qahirənin cənubundakı Qiza vilayətində baş verən qəza zamanı 19 nəfər həlak olub, 107 nəfər xəsarət alıb. Məlumata görə,  qəza törədən Qatar hərbi xidmətə gedən gəncləri aparırmış. Hadisə qatarın iki vaqonunun xətdən çıxaraq aşması nəticəsində meydana gəlib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31