Şəki Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət etdi
15 Yanvar 2013 13:11 KriminalŞəki Apellyasiya Məhkəməsi aidiyyətlə bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət edib. "OLAYLAR"-ın lawreform.az-a istinadən verdiyi məlumata görə, Mülki-Prosessual Məcəllənin 30-cu maddəsi ilə İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsi arasında ziddiyyət yarandığından, Şəki Apellyasiya Məhkəməsi müraciətdə Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin şərh olunmasını xahiş edir. Mülki-Prosessual Məcəllənin 30-cu maddəsinin tələbinə görə, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə inzibati-iqtisadi məhkəməyə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır. İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsinin tələbinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir.
Müraciət icraata götürülüb. Müraciətə yanvarın 16-da KM-nin Plenumunda baxılacaq.