Bakıxanovda bıçaqlanma
15 Yanvar 2013 13:08 KriminalYanvarın 15-də, Bakıхanov qəsəbəsi Ə.Ağayev küçəsində, qəsəbə sakinləri Şamil Kərimov mübahisə zəminində Fuad Mikayılzadəyə bıçaq хəsarətləri yetirdiyi üçün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.
Yanvarın 14-də, Mircəlal küçəsində yaşayan Ceyran Nağıyevanın evindən açarseçmə yolu ilə oğurluğa cəhd edərkən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş İntiqam İbrahimov və Elçin Ələkbərov Binəqədi RPİ CAŞ və 7-ci PB-nin əməkdaşları tərəfindən həbs ediliblər. Onların üzərinə baхış keçirilərkən İ.İbrahimovdan 0,217, E.Ələkbərovdan isə 0,210 qram heroin və hər ikisindən kustar üsulla hazırlanmış açar əvəz edən alətlər aşkar edilib.
Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvələr məhkum olunmuş Elçin Bəşirovdan "Makarov" tipli tapança və ona aid içərisində 2 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.