Silah satarkən həbs olundu
15 Yanvar 2013 12:29 KriminalBakının Suraxanı rayon sakini Azər Bağırov tapança və vasitələrini satarkən həbs olunub. Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanvarın 14-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayon sakini Azər Bağırov 1 ədəd "Makarov" markalı tapançanı, 4 ədəd tapança patronunu və patron darağını 1000 dollara satarkən tutulub.
Məsələ ilə bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31